Dünyanın ən gözəl qadınına bənzərliyi ilə sosial şəbəkədə məşhurlaşdı - VİDEO

Dünyanın ən gözəl qadını kimi tanınan amerikalı supermodel Bella Hadidin obrazını təkrarlayan gənc qız sosial şəbəkələrdə məşhurlaşıb.

Lenta.ru-nun məlumatına görə, müvafiq video onun “TikTok” hesabında görünüb.

Kadrlarda @ nely__1 ləqəbli istifadəçi B.Hadidin fotosunun onündə əks olunub. Videonun əvvəlində gənc qız əlləri ilə üzünü örtür, kadrarxası səs isə “Özünüzü başqalarının tez-tez müqayisə etdiyi bir məşhurun ​​fonunda göstərin”, - deyir. Bundan sonra bloqer əllərini üzündən çəkir.

Paylaşım virus kimi yayılaraq az müddətdə 741 mindən artıq baxış toplayıb. İstifadəçilər qızın modellə bu dərəcədə bənzərliyindən təəccüblərini bildiriblər.

“Yüz faiz oxşarlıq! Şok oldum!”, “Daha çox Bella sənə bənzəyir”, “Həqiqətən belə olurmu?”, “Bellada hər şey sünidir, sənin isə bu görünüşün təbiidir”, “Axı bu necə mümkündür”, - deyə onlar bildiriblər.

0.35582399368286