Optik illüziyalı cinslər sosial şəbəkədə müzakirə obyektinə çevrildi - FOTO

 

Cənubi Koreyanın “Leje” markasının qeyri-adi cins dizaynı sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

Bu barədə “Oddity Central” portalı xəbər verib.

Məlumata görə, söhbət optik illüziyaya sahib “Slash Jeans” şalvarlarındaqn gedir.

Bununla bağlı ilk paylaşım @_gastt ləqəbli “Twitter” istifadəçisi tərəfindən edilib. Paylaşım az müddətdə 30.000-dən çox bəyənmə toplayıb və çoxsaylı müzakirələrə səbəb olub.

İstifadəçilərdən bəziləri şalvarın dizaynının çox narahat olduğunu bildiriblər.

“Bu optik illüziyadan gözlərim ağrıdı”, “Mənə elə gəlir ki, çox narahat geyimdir”, “Bu dizayn məni qorxudur”, “Bu dəbi heç bir zaman anlamayacağam”, - kimi tənqidlər bildirilib.

Digərləri isə markanın dizaynını yüksək qiymətləndiriblər.

“Bütün yığdıqlarımı bunları almağa sərf edərdim”, “Çox əla görünür!”, “Maraqlı görünüşü var, elə bil ki, samuraylar şalvarı kəsib”, “Onlar mənim çox xoşuma gəlir”, - deyə bildiriblər.

 

0.32089781761169