Mişustin: “Nəqliyyat əlaqələrinin bərpası Cənubi Qafqazın bütün dövlətlərinin maraqlarına cavab verir”

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin qəbul etdikləri 2020-ci il 10 noyabr tarixli bəyanat regionun daha kompleksli inkşafı üçün imkanlar açıb.

“İnterfaks”ın məlumatına görə, bu barədə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin bəyan edib.

“Əminəm ki, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, yeni infrastruktur marşrutların yaradılması bütövlükdə Cənubi Qafqazın bütün dövlətlərinin maraqlarına cavab verir”, - o əlavə edib.

0.36992120742798