Aqrar İnkişaf Könüllüləri 34 komanda arasında qalib gəlib - FOTO

19 may tarixində Azərbaycan Könüllü Təşkilatları İttifaqının əlaqələndirməsinin nəticəsi olaraq Aqrar İnkişaf Könüllülərindən ibarət komanda şimal qonşumuz Rusiyanın paytaxtı Moskva şəhərində MDB ölkələri və Almaniya Federativ Respublikası nümayəndələrinin iştirak etdiyi “Начинающий Фермер” (Yeni başlayan fermer) adlı “Beynəlxalq biznes oyunu”nun final mərhələsində ölkəmizi uğurla təmsil edib.

Rusiya Kənd Gəncləri Birliyinin təşkil etdiyi müsabiqədə “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının üzvləri Rübabə Yusifova, Ramiz Sultanov və Rasim Həsənov tərəfindən təqdim edilən “Грибыленд” (Mushroomland) layihəsi iştirakçılar tərəfindən olduqca böyük maraqla qarşılanıb və yekun səsvermənin nəticəsinə uyğun olaraq layihə qalib elan edilib.

Qeyd edək ki, fərqli layihə və proqramlarla könüllülərin şəxsi inkişafında hər zaman müstəsna rol oynayan “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının “Mushroomland” layihəsinin əsas məqsədi göbələk ticarəti sahəsində mümkün iş və inkişaf perspektivlərinin təhlili ilə bağlı müvafiq araşdırmaların aparılmasıdır.

0.32995700836182