Hacıqabulda piyadanı vurub öldürən sürücü hadisə yerindən yayındı

Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Naməlum avtomobil yolu keçən Hacıqabul sakini, 1983-cü il təvəllüdlü Qəhrəmanov Ramal Əhliman oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sürücü hadisə yerindən yayınıb. Onun saxlanması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

0.41103291511536