Zərdabda 15 yaşlı qız faciəvi şəkildə öldü

Zərdabda 15 yaşlı qızı elektrik cərəyanı vurub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Dəkkəoba kəndində baş verib.

Kənd sakini, 2006-cı il təvəllüdlü Müzəffərli Selcan Elvin qızı elektrik çaydanından istifadə edərkən, onu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

0.42330098152161