Gəncədə zəncirvari qəza: Beş maşın toqquşdu, dörd nəfər yaralandı - FOTO

Gəncədə beş maşının toqquşması nəticəsində zəncirvari qəza baş verib.

Xeber-ps.com-ın bölgə müxbiri xəbər verir ki, hadisə H.Əliyev prosspektində olub.

İlkin məlumata əsasən, qəza zamanı “VAZ 2107”, “VAZ 21099”, “Nissan”, “VAZ21015” və Çin istehsalı olan “GAC” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində dörd nəfər – 1983-cü il təvəllüdlü İsamyılov Ramiz Zakirəddin oğlu, 1980-ci il təvəllüdlü Qurbanov Ramiz Nazim oğlu, 1985-ci il təvəllüdlü Məmmədov Çingiz Qabil oğlu və 1983-cü il təvəllüdlü İsmalıyov Ramin müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib və vəziyyətləri orta ağırıdır. Xəsarət alan şəxslərin bədənlərində müxətlif sınıqlar var.

Hadisə yerinə Gəncə şəhər Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, qəzanın təfərrüatı araşdırılır.

Nazir Quliyev

0.55132508277893