Salyanda dörd evdən oğurluq edənlər saxlanıldı

Şirvan rayonu ərazisindəki 4 evdən oğurluq törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki dörd evdən ümumilikdə 13 190 manat, 10 450 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş P.Hüseynov və M.Allahverdiyev saxlanılıblar.

0.47007298469543