Deputat bəzi savadsız kadrlara haqq qazandırdı - VİDEO

Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı bəzi hallarda imtahan yolu ilə dövlət qulluğuna qəbul olunmağın əleyhinə çıxıb.

Xeber-ps.com-ın məlumatına görə, S.Rüstəmxanlı deyib:

“İmtahan məsələsi ayrıdır, həyat ayrı. Elə vəzifə sahibləri olub ki, həyatın özündən gəlib, heç bir ali məktəbi qurtarmadan illər uzunu bir kolxozu, bir zavodu yüksək səviyyədə idarə ediblər. Onlar həyat təcrübəsi ilə ad-san qazanıblar”.

Millət vəkili bildirib ki, kimsə imtahanla idarəetməyə qəbul oluna bilər, lakin rayonun kəndçisi qədər həmin ərazini idarə edə bilməz.

0.37175798416138