Nöqsana görə çıxarılan icra başçısının müavinin yerinə TƏYİNAT+FOTO

Səbail Rayon İcra Hakimiyyətində yeni kadr təyinatları olub.

Xeber-ps.com-ın məlumatəna görə, Səbail Rayon İcra Hakimiyyəti başçısı Vüqar Zeynalovun əmrinə əsasən, Şixəmmədov Vüqar Nurməmməd oğlu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunub.

O, bundan əvvəl RİH başçısının müavini vəzifəsində çalışıb.

Buna qədər Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini vəzifəsini Xalidə Bayramova tuturdu. O, mayın 6-da vəzifəsindən azad edilib.

Eyni zamanda V.Zeynalovun digər əmri ilə Kəmalə Həşimova RİH başçısının müavini vəzifəsinə təyin edilib. 

K.Həşimova bundan əvvəl İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi kimi fəaliyyət göstərib.

İlhamə Əbülfət

0.38268613815308