Bakıda zəncirvari qəza: Üç maşın bir-birinə çırpıldı – VİDEO

Paytaxtın Nizami rayonunda zəncirvari avtomobil qəzası baş verib.

Xeber-ps.com xəbər verir ki, hadisə “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında qeydə alınıb.

İlkin məlumata əsasən, qəza “Toyota Prius”, “Hyundai Elantra” və “Toyota Prado” markalı avtomobillərin toqquşması nəticəsində baş verib. 

Hadisə yerinə Nizami rayon Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, qəzanın təfərrüatı araşdırılır.

0.3751699924469