“Beşiktaş”ın baş məşqçisi bəlli oldu

Türkiyənin “Beşiktaş” futbol klubunun qarşıdan gələn mövsümdəki baş məşqçisinin adına aydınlıq gəlib.

“TRT Spor” məlumat verib ki, klub rəhbərliyi komandanın son çalışdırıcı Sergen Yalçınla razılaşıb.

Məlumata əsasən, bir ay boyunca davam edən danışıqlarda tərəflər yeni müqavilənin bütün şərtləri barədə uzlaşma əldə edibilər.

Yaxın günlərdə “Beşiktaş”ın sükanının ötən mövsüm “Qara qartallara” həm Superliqa, həm də ölkə kubokunu qazandıran S.Yalçına tapşırılmasının rəsmən elan ediləcəyi gözlənilir.

0.34872698783875