AVRO-2020: İngiltərə Çexiyaya qol vurdu, Şotlandiyada qolsuzluq - YENİLƏNİR

İngiltərə millisi 12-ci dəqiqədə hesabı açdı. Bu matçda AVRO-2020-də debüt edən Cek Qrilişin ötürməsindən sonra Rahim Sterlinq başla fərqləndi. Bu, “Mançester Siti”nin futbolçusunun turnirdə ikinci qoludur.

23:01

Bu gün D qrupunda iki oyun keçirilir. Londonda başlayan Çexiya – İngiltərə görüşündə hər iki komanda 1/8 finala artıq vəsiqə qazansa da, qrup liderliyini müəyyənləşdirmək baxımından bu matç əhəmiyyət kəsb edir.

Qlazqo şəhərində keçirilən Xorvatiya ilə Şotlandiyanın görüşü isə qrupdan növbəti mərhələyə çıxacaq üçüncü komandanın bilinməsi baxımından vacibdir. 

Çexiya (4-2-3-1): Vatslik, Soufal, Çelustka, Kalas, Borjil, Holeş, Souçek, Masopust, Darida (kapitan), Yankto, Şik

İngiltərə (4-2-3-1): Pikford, Şou, Maquayr, Stounz, Volker, Rays, Filips, Sterlinq, Qriliş, Saka, Keyn (kapitan)

 

Xorvatiya (4-2-3-1): Livakoviç, Yuranoviç, Lovren, Vida, Qvardiol, Kovaçiç, Brozoviç, Perişiç, Modriç (kapitan), Vlaşiç, Petkoviç

Şotlandiya (5-1-2-2): Robertson (kapitan), Tirni, Hanli, MakTominey, ODonel, MakCin, MakQreqor, Armstronq, Adams, Dayks

Səbuhi Musayev

10:44

Azərbaycanın da ev sahiblərindən biri olduğu futbol üzrə Avropa çempionatı davam edir. 

Xeber-ps.com xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.

D qrupu çərçivəsində baş tutacaq qarşılaşmada Xorvatiya və Şotlandiya yığmaları üz-üzə gələcək.

Həmin qrupun ikinci matçında isə Çexiya və İngiltərə milliləri münasibətlərinə aydınlıq gətirəcək.

0.3807418346405