AVRO-2020: İsveç və İspaniya qalib gəlir - VİDEO + YENİLƏNİR

İspaniya millisi hesabı açdı. 30-cu dəqiqədə Martin Dubravka avtoqola imza atdı. Beləliklə, İspaniya və İsveç milliləri rəqiblərinə 1:0 hesabı ilə qalib gəlir.

20:15

İspaniya ardıcıl ikinci oyunda da penaltini vura bilmədi. Bu dəfə komandanın mərkəz hücumçusu Alvaro Morata 12-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən yararlana bilmədi. Martin Dubravka “Yuventus”un hücumçusunun zərbəsinin istiqamətini müəyyənləşdirib zərərsizləşdirdi. Slovakiya – İspaniya oyununda qolsuzluq davam edir.

20:02

AVRO-2020-nin E qrupunda İsveç – Polşa və Slovakiya – İspaniya oyunları başladı.

Artıq İsveç millisi 2-ci dəqiqədə Emil Foşberinin qolu ilə önə çıxdı. Bu, İsveç millisinin və Almaniyanın “Laypsiq” klubunun yarımmüdafiəçisinin turnirdə ikinci qoludur.

 

0.30110287666321