Yaponiyada leysan yağışlara görə 400 mindən artıq insanın həyatı təhlükədə - VİDEO

Yaponiyanın qərbində davam edən güclü yağışlar səbəbindən 400 mindən çox insan evakuasiya üçün tövsiyələr və təlimatlar alıb.

TASS-ın məlumatına görə, bu barədə Yaponiyanın ictimai televiziyası məlumat verib.

Ölkənin üç prefekturasında - Kaqosima, Kumamoto və Miyazakidə yerli hakimiyyət orqanları təbii fəlakətlə əlaqəli ən yüksək təhlükə səviyyəsi elan edib. Yaponiya meteoroloqlarına görə, bu bölgədə bir sutkada 450 mm-dən çox yağıntı düşüb, yerli əhaliyə çayların daşması və sürüşmə təhlükəsi barədə xəbərdarlıq edilib.

Xatırladaq ki, iyunun 4-də Yaponiyanın mərkəzindəki Atami şəhərində baş verən sürüşmə nəticəsində 9 nəfər həlak olub, 20 nəfər itkin düşüb, sürüşmə təxminən 2 kilometr uzunluğunda olub, 130-dan çox ev və bina zərər görüb.

 

0.28057312965393