İtaliyada kəndə köçmək üçün 28 min avro mükafat təklif olunur

İtaliyanın Kalabriya regionunun rəhbərliyi yaxın gələcəkdə ruhlar məskəninə çevrilmək təhlükəsi olan kəndlərə köçmək istəyənlərə 28 min avro təklif etməyə hazırdır.

Bu barədə CNN məlumat yayıb.

Qeyd olunur ki, söhbət dağlıq ərazidəki və ya dəniz sahilindəki kəndlərdən gedir. Əraziyə sözügedən mükafat üçün köçənlər burada kiçik biznes qurmalıdır. Yalnız 40 yaşdan aşağı şəxslərə təklif olunan vəsaiti ala bilmək üçün ərizənin qəbulundan sonrakı 90 gün ərzində Kalabriyaya köçmək lazımdır.

0.37711715698242