Ceff Bezos sərvətini bir həftəyə 11 milyard dollar artırdı

Amerikalı milyarder Ceff Bezosun sərvəti “Amazon” şirkətinin baş direktoru vəzifəsindən getdikdən sonra təxminən 11 milyard dollar artıb.

Bu barədə “Forbes” jurnalı yazıb.

Belə ki, iyulun 5-də baş direktor postunu Endi Cessinin tutmasından sonra onun şirkətin səhmlərinin yüksəlməsi nəticəsində Bezosun sərvəti 10,6 milyard dollar artaraq 212,4 milyard dollara çatıb.

0.36203503608704