İstanbul hava limanına çəyirtkə sürüsü hücum edib

Bu gün İstanbul hava limanında qeyri-adi hadisə yaşanıb.

“Haber Global” məlumat verir ki, minlərcə çəyirtkə aeroportun uçuş-eniş zolaqlarından birini istila edib.

Sürü əraziyə çəyirtkələrlə qidalanan çox sayda qağayıların toplaşmasına da səbəb olub.  

Aparılan dərmanlama işlərindən sonra çəyirtkələrin bir qismi ölüb, qalanları isə hava limanından uzaqlaşıb.

0.41000986099243