Azərbaycanlı velosipedçi Olimpiadada qəza etdi

Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

Xeber-ps.com xəbər verir ki, velosipedin şose növündə çıxış edən Elçin Əsədov finişə çata bilməyib.

130 velosipedçinin qatıldığı 234 kilometrlik məsafədə olan yarışda 34 yaşlı idmançımız yıxılıb. Hadisə şosenin 57-ci kilometrliyində baş verib.

Qeyd edək ki, yarışın startında iki velosipedçinin koronavirus testi müsbət çıxdığından, onlar mübarizəyə qoşulmayıb.

Xatırladaq ki, bu gün daha iki idmançımız – cüdoçular Kəramət Hüseynovla Aişə Qurbanlı da Olimpiadanı medalsız başa vurub.

Səbuhi Musayev

0.49256205558777