Bakı Şəhər Halqasının yeni mətbuat xidmətinin rəhbəri kimdir? - ÖZƏL

“Formula-1” yarışlarının Azərbaycan üzrə təşkilatçısı Bakı Şəhər Halqası əməliyyat şirkətinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən şəxs müəyyənləşib.

Xeber-ps.com-ın əldə etdiyi məlumata görə, bu, əvvəldən bu şirkətin Marketinq və Kommunikasiya Departamentində çalışan Turab Teymurovdur.

Qeyd edək ki, əvvəl Bakı Şəhər Halqasının mətbuat xidmətinin rəhbəri Ayan Ağalar (Nəcəf) idi. O da bu ay yaydığı açıqlama ilə qurumdan ayrıldığını bildirib.

Xatırladaq ki, Ayan Ağalar bu vəzifəyə mayda təyin olunmuşdu.

Səbuhi Musayev

0.37077903747559