ABŞ Dövlət Departamentində nasist işarəsi tapılıb

ABŞ Dövlət Departamentinin binasında nasizmin rəmzi sayılan svastika işarəsi tapılıb.

“Axios” xəbər verir ki, işarə qurumun Antisemitizmə qarşı Mübarizə İdarəsinin ofisi yaxınlığındakı liftin divarında aşkar olunub.

Artıq bütün əməkdaşlara vandalizm aktının pislənməsilə bağlı xəbərdarlıq göndərilib.

Faktla bağlı daxili araşdırma aparılır.

0.36328601837158