Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə bugünə olan koronavirus statistikası açıqlanıb.

“Haber Global”ın məlumatına görə, ölkədə sutkalıq yoluxma sayı 22 mini keçib.

Belə ki, son 24 saat ərzində 261 198 nəfərin COVID-19 testi yoxlanılıb. Onlardan 22 161-nin cavabı müsbət çıxıb.

Həmçinin, gün ərzində 60 nəfər koronavirusun qurbanı olub.

Bununla yanaşı, sutka ərzində ölümcül virusdan sağalanların sayı 5463 nəfər təşkil edib.

0.37541794776917