Ekvatorial Qvineyada Fransa hərbi helikopteri içindəki hərbçilərlə birlikdə saxlanılıb

Ekvatorial Qvineyanın Bata liman şəhərinə enən Fransa Silahlı Qüvvələrinə məxsus hərbi helikopter içərisindəki hərbçilərlə birlikdə saxlanılıb.

Bu barədə yerli RTVGE telekanalı məlumat yayıb.

Məlumata əsasən, helikopterin heyəti ölkənin hava məkanına icazəsiz daxil olmaqda, beynəlxalq aviasiya qaydalarını pozmaqda və milli təhlükəsizliyi təhdid etməkdə ittiham olunub.

Qeyd edək ki, dünən Fransa məhkəməsi Ekvatorial Qvineya prezidentinin korrupsiyada günahlandırılan köməkçisi Teodorin Obianqın Fransadaki mülkiyyətinə həbs qoyulması barədə qərar qəbul edib.

0.54324388504028