Premyer Liqa matçında meydançaya ilan çıxdı, oyunda fasilə yarandı - VİDEO

Rusiya Premyer Liqasının 2-ci turu çərçivəsində keçirilən “Axmat” – “Soçi” oyununda gözlənilməz hadisə baş verib.

“Matç TV” xəbər verir ki, görüşün 6-cı dəqiqəsində ev sahibi komandanın cərimə meydançasında yerin altından çıxan ilan oyun sahəsində hərəkət etməyə başlayıb.

Sürünənə görə futbol qarşılaşması dayandırılıb.

Stadion əməkdaşlarının müdaxiləsi nəticəsində ilan tutularaq, meydançadan uzaqlaşdırılıb.

Müvəqqəti fasilədən sonra bərpa edilən matçda sevinən tərəf qonaqlar olub (1:2).

 

0.38671183586121