Ukrayna Ali Radasının üzvü Jan Belenyuk Olimpiya çempionu olub.
Bu barədə “Deutsche Welle” məlumat yayıb.
Məlumata görə, ukraynalı deputat yunan-roma güləşi üzrə 87 kq-dək çəki dərəcəsində turnirin qalibi olub.
Belenyuk öz qələbəsini Ukrayna milli rəqsilə qeyd edib.
Onu da bildirək ki, bu, Ukraynanın Tokio Olimpiadasındakı ilk qızıl medalıdır.