Ağır çəkili boksçuların döyüşündə nokaut qeydə alındı - VİDEO

Bu gecə ABŞ-ın Nyu York şəhərində nüfuzlu “Triller Fight Club” boks turnirində Maykl Hanterlə Mayk Vilson arasında baş tutan qarşılaşma nokautla bitib.

“Rsport” xəbər verir ki, döyüşün dördüncü raundunda M. Hanterin endirdiyi zərbə qarşılaşmanın taleyini həll edib.

Güclü zərbənin təsirindən Mayk Vilson yerə sərilib.

Bir neçə saniyə sonra o ayağa qalxsa da hakim döyüşü dayandırmaq qərarına gəlib.

Nəticədə Maykl Hanter ağır çəki dərəcəsində Dünya Boks Assosiasiyasının (WBA) Super çempion kəmərinə namizəd olub.

 

0.34675002098083