Tokio Olimpiadası: Azərbaycan karateçisi yapon idmançıya qalib gəldi - YENİLƏNİR

 

Firdovsi Fərzəliyev qrupda ikinci görüşünü keçirib.

Xeber-ps.com xəbər verir ki, o, sensasiya edərək yapon idmançı Naoto Saqoya 1:0 hesabı ilə qalib gəlib.

Bu nəticədən sonra Firdovsi öz qrupunda üç xalla üçüncüdür. Onun yarımfinala vəsiqə qazanması üçün qrupda minimum ikinci yeri tutması lazımdır.

08:01

Azərbaycan karateçisi Firdovsi Fərzəliyev Tokio Olimpiadasında mübarizəyə başlayıb.

Xeber-ps.com-ın xəbərinə görə, 67 kq çəki dərəcəsində çıxış edən idmançımız A qrupunda ilk görüşündə Eray Şamdanla (Türkiyə) qarşılaşıb.

İdmançımız 1:7 hesabı ilə uduzub. Karateçimiz qrupda növbəti görüşünü meydan sahibi idmançısı Naoto Saqoya (Yaponiya) qarşı keçirəcək.

Səbuhi Musayev 

0.39720702171326