Tokio Olimpiadası: Rafael Ağayev yarımfinala qrup ikincisi kimi çıxdı - FOTO + YENİLƏNİR

Rafael Ağayev yer aldığı qrupu ikinci yerdə başa vurub.

Xeber-ps.com xəbər verir ki, o, qrupdakı son görüşündə əsas rəqibi, ikiqat dünya və beşqat Avropa çempionu Luici Buzaya (İtaliya) 1:3 hesabı ilə uduzub.

Bununla da Rafael Ağayev qrupu altı xalla ikinci yerdə başa vurub. Onun yarımfinaldakı rəqibi A qrupunun lideri Qabor Harşpataki (Macarıstan) olacaq.

14:25

Rafael Ağayev Tokio Olimpiadasında azı bürünc medalı özünə təmin edib.

Xeber-ps.com xəbər verir ki, o, qrupda Nurqanad Ajikanova (Qazaxıstan) 3:2 qalib gəlib və yarımfinala vəsiqəni rəsmiləşdirib.

Bu isə o deməkdir ki, Rafael Ağayev azı bürünc medalı qazanıb.

13:50

Rafael Ağayev çıxış etdiyi qrupda ikinci qələbəsini qazanıb.

Xeber-ps.com xəbər verir ki, o, Avstraliyanı təmsil edən yapon əsilli Suneri Yahiroya 5:0 hesabı ilə qalib gəlib.

Hazırda Rafael Ağayev və italiyalı Luici Buza qrupda ilk iki sırada qərarlaşıb və yarımfinala yüksəlmək üçün yaxşı şans əldə ediblər.

12:34

Azərbaycan karateçisi Rafael Ağayev Tokio Olimpiadasında mübarizəyə başlayıb.

Xeber-ps.com-ın xəbərinə görə, 75 kq çəki dərəcəsində yarışan Rafael Noa Biçlə (Almaniya) qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, onun növbəti rəqibi Suneari Yahiro (Avstraliya) olacaq. Qrupda ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.

Səbuhi Musayev

0.3978328704834