I və IV qrup üzrə qəbul imtahanlarının nəticələri açıqlandı - YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 27-28 iyul 2021-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

İmtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər. 

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 33 610 abituriyentdən (I qrup üzrə 28 605 nəfər, IV qrup üzrə 5 005 nəfər) 1878 nəfəri (I qrup üzrə 1 696 nəfər, IV qrup üzrə 182 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 26 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

17:27

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 27-28-də keçirilən I və IV qrup üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb.

Xeber-ps.com-ın məlumatına görə, bununla bağlı abituriyentlərə SMS bildiriş göndərilir.

0.34652709960938