Vaxtınıza və büdcənizə qənaət etməyin ideal üsulu: Bakıda yeni moped mərkəzi açıldı - FOTO/VİDEO

Hər keçən gün paytaxt yollarında moped və motosiklet sürücülərinin sayı artmaqdadır. Trendlə ayaqlaşmağı sevənlər isə bundan sonra yolunu Bakı-Sumqayıt şosesinin 12-ci kilometrliyində yerləşən “Mopedo”dan salacaq. 

Belə ki, “Yolda yeni tərz” şüarı ilə yola çıxan “Mopedo”da elektrik və benzin mopedləri ilə yanaşı növbənöv dəbilqə, gödəkcə və aksesuarlar da hər kəs üçün əlçatandır. 

İstehsal tarixi Avropada yaşanan güclü böhran illərinə - XX əsrin əvvəlinə təsadüf edən mopedlərin ölkəmizdə də artıq xüsusi həvəskarları var. 13 avqustda baş tutan təntənəli açılış mərasimində məşhur simalar, jurnalistlər  və digər şəxslər iştirak etdi. 

Açılışda “Mopedo”nun direktoru Eltun Sadıqov çıxış edib:

“Xoş günümüzdə yanımızda olan və ya başqa sözlə desək, bizimlə yol yoldaşı olmağa gələn hər kəsə təşəkkür edirik. Biz “Mopedo” olaraq yolda yeni tərz yaratmağa dünyaca məşhur – “Niu”, “Yadea”, “MT Helmets”, “SYM” və “RKS” kimi brendlərin məhsulları ilə gəlirik. Sərfəli şərtlərlə təklif etdiyimiz daxili kredit kampaniyamızdan faydalanaraq hər kəs istədiyi məhsula qısa zamanda sahib ola biləcək“.

Daha sonra mağazanın açılışının rəmzi sayılan qırmızı lent kəsildi, qonaqlar burada təqdim olunan mopedlər və onların aksesuarları ilə tanış olmağa başladılar. Mağaza əməkdaşları gələn qonaqları maraqlandıran sualları cavablandırırdılar. Fikrimcə, hər kəs bu mağazaya baş çəkməlidir. 

Bildiyiniz kimi, mopedlər “büdcə dostu” nəqliyyat vasitəsi hesab olunur. Xüsusilə də, qısa məsafələrin qət edilməsi və tıxac zamanı əvəzedilməz vasitəyə çevrilir. Bir sözlə, həm işə, həm dostlarla görüşə, həm də şəhərdaxili hər yerə gecikmədən və ən əsası tıxacda qalmadan rahatlıqla çatacaqsınız.

Əslində bu amil çox vacibdir. Mopedlər büdcənizə və vaxtınıza qənaət etmək üçün ən ideal nəqliyyat vasitəsidir. İstədiyin yerə qısa zamanda, rahat, təhlükəsiz çatmaq üçün istədiyiniz modeli seçə bilərsiniz. Saatlarla tıxacda qalmaqdan yaxa qurtarmaq istəyirsinizsə, siz də  “Mopedo”ya gəlin. 

Bildiyiniz kimi, hazırda bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Bu bəla Azərbaycandan da yan keçməyib. İctimai nəqliyyatdakı sıxlıqdan, bunun qarşlığında koronavirusa yoluxma təhlükəsinin yüksək olmasından, taksi xidmətlərinin ağlasığmaz tariflərindən təngə gəlmisinizsə, mopedlər sizə yardımçı olacaq. Həm də sağlamlığınızı qorumuş olacaqsınız.

Mopedlər benzinin qiymətinin qalxdığı bu günlərdə daha çox tələb olunmağa başlayıb. Çünki mopedin xərci minimaldır. Məsələn, elektrikli mopedlərin enerji xərci 0,45 AZN-dən başlayır. Benzinlə işləyən mopedlər isə 100 km-ə 2,5 litr yanacaq sərf edir. 

“Mopedo”da olan zaman da diqqətimi çəkən elektrikli mopedlər oldu. Enerji xərcinə baxdıqda qeyd edilən məsafəni havayı qət etdiyinizin fərqinə vara bilərsiniz.

Açılış mərasiminin rəsmi hissəsindən sonra əyləncəli hissəyə start verildi. Möhtəşəm müsabiqələr, həvəskarlar üçün test yürüşləri, musiqi performansı həftəsonu istirahəti üçün əsl fürsət idi. Ən maraqlısı isə hər müsabiqənin sonunda qaliblərə verilən 10 və 15 faizlik endirim kartları idi. Ümumilikdə müsabiqələrdə qalib gələn 5 nəfərə 15, 3 nəfərə isə 10 faizlik endirim kartları təqdim olundu. Həmçinin açılışa özəl olaraq 13 avqust tarixində bütün məhsul və xidmətlərə 10% endirim təklif olunurdu.

Qeyd etdiyimiz kimi, “Mopedo” mopedlə yanaşı, dəbilqə, moto geyim, moto ehtiyyat hissələri, hətta mopedlər üçün yağlar da satır. Bir sözlə moped və motosiklet sürən insanlara lazım olacaq hər şeyi burada tapa bilərsiniz. Bununla da bitmir, mopedoda servis və təlim xidmətləri də mövcuddur. İstifadə zamanı mopedlə əlaqəli hər hansı problem yaranarsa, onu düzəltdirmək üçün yer axtarmağa ehtiyac yoxdur. Xüsusilə də elektrik mopedlərdə alıcıların ən narahat olduğu şey nasazlıq anında mopedi harada təmir etdirəcəyi olur, “Mopedo” servis xidmətini göstərdiyi üçün alıcılar üçün daha rahat olacaq. 

Xatırladaq ki, elektrikli moped sürmək üçün sürücülük vəsiqəsi belə tələb olunmur. Buna baxmayaraq, öncə təlimlərdə iştirak etməyiniz tövsiyə olunur. “Mopedo” sizə həm təlimlərdə iştirak etmək, həm də pulsuz test yürüşü üçün fürsət yaradıb. İstənilən şəxs bu mərkəzə gələrək, moped alıb-almamasından asılı olmayaraq, test yürüşünə qatıla bilər. 

Təlim mərkəzində dərslər nəzəri və praktiki olaraq iki yerə bölünür. Təlimi tam bitirmiş şəxslər təlimçi nəzarəti altında yolda moped sürüşünü həyata keçirə bilər. Ən sonunda isə təlimi bitirmə münasibətiylə sertifikat verilir.

Bu fürsətlərdən yararlanmağa tələsin! Hər kəsin vaxtına və büdcəsinə qənaət etmək şansı var.

0.46517896652222