Oğuzda avtomobil ağaca çırpılıb, iki qardaş xəsarət alıb

Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qumlaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, Yevlax şəhər sakini 1997-ci il təvəllüdlü İbad Elçin oğlu İmanovun idarə etdiyi “VAZ-21015”  markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü və onun qardaşı, 1996-cı il təvəllüdlü Elzamin Elçin oğlu İmanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

0.4344539642334