Üzərində “patı” gəzdirən İsmayıllı sakini saxlanıldı - FOTO/VİDEO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı üzərində “patı” (metamfetamin) daşımaqda şübhəli bilinən şəhər sakini Rəhman Qardaşov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

0.39355492591858