Məktəblərdə əyani tədrisin bərpası nəzərdə tutulur? - Prezidentin köməkçisi AÇIQLADI

“Sentyabrın 15-dən məktəblərdə dərslərin başlanılması nəzərdə tutulur”.

Xeber-ps.com-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, sentyabrın əvvəlində epidemioloji vəziyyətdən asılı olaraq bu məsələyə yenidən baxıla bilər:

“Valideynlərin peyvəndlənməsi ilə bağlı tələb qoyulmayıb. Amma təhsil işçiləri üçün belə tələb qoyulub”.

O qeyd edib ki, müəllimlərin ən azı 80 faizi vaksin olunmalıdır.

İlhamə Əbülfət

0.34641790390015