Koronavirusla bağlı metroda risk təhlükəsi var?

“Xırdatutumlu ticarət obyektlərində, yəni kiçik marketlərdə hansısa COVID pasportu tələb olunmur”.

Xeber-ps.com-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O bildirib ki, Nazirlər Kabinetinin qərarına görə, yalnız iri ticarət mərkəzlərində bu pasport tələb ediləcək:

“Vətəndaş ölkə ərazisində sərbəst hərəkət etmək istəyirsə, mütləq vaksinasiyadan keçməlidir”.

DİN rəsmisi əlavə edib ki, hazırda koronavirusla bağlı metroda risk təhlükəsi yoxdur: 

“Metroya giriş sərbəstdir. Orada vaksinasiya ilə bağlı sənəd tələb olunmur. Son məlumata görə, metroda aktiv koronavirus xəstəsi aşkarlanmayıb.”.

İlhamə Əbülfət

0.41708493232727