Bakıda transformator yanıb

Bakı şəhərinin Binəqədi rayonunda transformatorun yanar hissələri alışıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

0.37914085388184