Aşura günü neçə nəfər qan verib? - AÇIQLAMA

Avqustun 19-da Aşura günü ilə əlaqədar olaraq Mərkəzi Qan Bankı tərəfindən keçirilən qanvermə aksiyasında könüllülərin sayı məlum olub. 

Mərkəzi Qan Bankından Xeber-ps.com-a verilən məlumata görə, aksiyada 835 nəfər qan verib.

507 nəfər Bakı şəhərində, 328 nəfər isə regionlarda keçirilən aksiyada təşəbbüskar olub. 

Qeyd edək ki, qanvermə aksiyası Mərkəzi Qan Bankının Bakı şəhəri də daxil olmaqla, respublika üzrə səkkiz bölməsində təşkil edilib. Vətəndaşlar avqustun 19-da saat 09:00-dan başlayaraq Mərkəzi Qan Bankının müvafiq bölmələrinə yaxınlaşaraq, qanvermə aksiyasında könüllü şəkildə iştirak edə bilərlər.

Qanvermə aksiyası Məhərrəm ayı boyu davam edəcək.

Aşura günü ilə bağlı Azərbaycanda qan veriləcək məntəqələrin təqdim edirik.

İlhamə Əbülfət

0.40869784355164