Sumqayıtda yaşayış binasının yaxınlığında partlamamış tank əleyhinə qumbara aşkarlandı - VİDEO

Sumqayıt şəhəri, 10-cu mikrorayonda, zibil qutusunun yaxınlığında tank əleyhinə qumbara aşkarlanıb.

Hadisə yerində olan Baku TV əməkdaşının verdiyi məıumata görə, əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Hazırda qumbaranın olduğu ərazi polislər tərəfindən mühafizə edilir və aidiyyəti qurumlara partlamamış hərbi sursatın ərazidən aparılması üçün məlumat verilib.

Ətraflı Baku TV-nin süjetində:

0.43735003471375