Cəlilabadda minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Uzuntəpə kəndində qeydə alınıb.

“Mercedes” markalı minik avtomobillə UAZ markalı yük avtomobilinin toquşması nəticəsində azı 4 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

0.36407113075256