Anar Quliyev: “Şuşanın təbii meşə və parkları bərpa olunacaq” - FOTO

Ölkə başçısının göstərişi ilə Şuşanın Baş Planı üzərində iş çərçivəsində şəhərin yaşıllıq və landşaft strategiyasına xüsusi diqqət ayrılır.

Xeber-ps.com xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Facebook” səhifəsində qeyd edib.

Onun sözlərinə görə, Şuşanın təbii meşə və parkları bərpa olunacaq, yeni yaşıl koridorlar, o cümlədən 8 kilometrdən çox şəhərətrafı yaşıl halqa yaradılacaq.

0.39653301239014