Azərbaycanın qeyri-yeyinti məhsulları üzrə ixracı 100 faizdən çox artıb - FOTO

2021-ci ilin ilk 8 ayı ərzində Azərbaycanın ixracı 13 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,6 milyard ABŞ dolları təşkil edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sentyabr sayında məlumat verilib.

Bildirilib ki, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 429 milyon ABŞ dolları və ya 37,1 % artıb.

2021-ci ilin 8 ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 364,7 milyon ABŞ dolları ilə əsas paya malik olub. Müvafiq dövr ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 1,5 dəfə, pambıq iplik 3,1 dəfə, şəkər 2,2 dəfə, kimya sənayesi məhsulları 68 %, pambıq lifi 88,5 %, alüminium və ondan hazırlanan məmulatlarda isə 45 % artım qeydə alınıb.

Qeyri-neft sektoru üzrə ixracda artım 95,3 % təşkil etməklə 230,4 milyon ABŞ dolları olub.

2021-ci ilin avqust ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 53,1 % artaraq, 38,3 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 106,6 % artaraq, 192,1 milyon ABŞ dolları təşkil edib.

0.35423803329468