ALDP sədri: İqtidarla müxalifətin birgə müzakirələr aparmasına ehtiyac var

Siyasi partiyalar, iqtidarlı, müxalifətli yenidən toplaşacaq.  Cümə axşamı baş tutacaq dialoqda nələrin müzakirə ediləcəyi açıqlanmayıb. İqtidar və müxalifət dialoqu onlayn formatda baş tutmalıdır.  Partiyalar iqtidar-müxalifət dialoquna hazırdırmı, yaxud dəvət gəlibmi?

Hafta.az siyasi partiyaların məlum toplantısı ilə bağlı birmənalı olmayan çıxışlarını təqdim edir.

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev hafta.az-a bildirib ki, partiya sədri olaraq görüşə dəvət alıb.

Onun sözlərinə görə, 44 günlük müharibədən sonra belə bir görüşün keçirilməsi zəruridir.

Fuad Əliyev regionda və ölkə daxilində gedən proseslərə diqqət çəkərək, belə bir gərgin vəziyyətdən çıxmaq üçün iqtidarla müxalifətin birgə müzakirələr aparmasına ehtiyac olduğunu deyib.  

0.37513899803162