Azərbaycanda COVID-19-dan ölən şəxsin dişləri oğurlandı

Gəncədə ölmüş şəxsin dişləri oğurlanıb.

Xeber-ps.com-ın məlumatına görə, COVID-19 xəstəliyindən vəfat edən Təhməz Kərimovun ağzındakı 500 manatlıq qızıl protez dişləri yoxa çıxıb.

Hadisədən sonra T.Kərimovun oğlu Ramin Kərimov hüquq-mühafizə orqanlarına şikayət edib.

Hazırda faktla bağlı araşdırma aparılır.

0.36537909507751