ABŞ-ın Santi şəhərində (Kaliforniya ştatında) orta məktəb kampusunun yaxınlığındakı əraziyə yüngül motorlu təyyarə düşüb.
Qəza nəticəsində azı iki nəfər həlak olub, daha iki nəfər yaralanıb.
Bununla bağlı yayımlanan kadrlarda təyyarənin yaşayış binalarının üzərinə düşdüyü görünür.
Şahidlərin sözlərinə görə, təyyarə tam sürətlə binaya çırpılıb. Hadisə nəticəsində iki bina yanıb.
Baş verənlərlə əlaqədar istintaqa başlanılıb.
Video showing just moments after a plane crash in Santee, San Diego. According to media reports, the plane hit a UPS truck, killing the driver. 2 homes are on fire, says @MarcellaNews8. pic.twitter.com/QAF0JsPI75
— Doge ???? (@IntelDoge) October 11, 2021