Sumqayıt-Saray-Bakı yolunda kilometrlərlə uzunluqda tıxac yaranıb – FOTO

Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsinin bağlı olması tıxaca səbəb olub.

Xeber-ps.com xəbər verir ki, sürücülər alternativ olaraq Sumqayıt-Saray-Bakı yolundan istifadə etmək istəyiblər.

Bu səbəbdən yolda tıxac yaranıb. Tıxacın uzunluğu 5 kilometrdən çoxdur. Sıxlıq Sumqayıt-Saray və əks istiqamətdə marşrut xətlərinin hərəkətini də iflic edib.

Buna görə vətəndaşlar yolu piyada getməyə məcbur olublar.

Samir İsayev

0.34689211845398