Almaniya səfiri Ağdam məscidində - FOTO

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq və Almaniya-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Tobias Baumann Ağdama gedib.

Bu barədə məlumatı Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter” hesabında paylaşım edib:

“Bu gün Almanya səfiri və Tobias Baumannla Ağdamda dağıdılmış tarixi-mədəni abidələri ziyarət etdik. Qonaqları yenidənqurma işləri ilə bağlı məlumatlandırdıq”.

Sözügedən səfərlə bağlı səfir də öz hesabında fotolar paylaşıb.

 

0.36436915397644