Bakıda idman zalında meyiti tapılan məşqçinin ölümündən öncə son görüntüləri - VİDEO

Bakıda idman zalında ölü tapılan fitnes məşqçinin ölümündən əvvəl çəkdiyi video yayılıb.

Xeber-ps.com xəbər verir ki, tanınmış fitnes məşqçi, 1991-ci il təvəllüdlü Teymur Əmir oğlu Məmmədrzayev ölümündən bir neçə saat əvvəl zalda məşqini lentə alıb.

Həmin videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, hadisə baş verən zalın sahibi Ceyhun Vəliyev açıqlamasında idmançının epilepsiya xəstəliyindən əziyyət çəkdiyini deyib. O bildirib ki, ekspertizanın rəyinə görə, T.Məmmədrzayevin epilepsiyası tutub və vəfat edib.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Xeber-ps.com (@oxuaz)

 

0.38532495498657