Ay-ulduzlular 20 il sonra mundiala vəsiqə qazana bilər - AFİŞA

Bu gün Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin Avropa zonasında son üç qrupun matçları keçiriləcək.

Xeber-ps.com xəbər verir ki, bundan sonra bir mundial iştirakçısının və pley-offda mübarizə aparacaq üç komandanın adına aydınlıq gələcək.

D və E qrupunda keçiriləcək iki görüşdən sonra müvafiq olaraq Finlandiya və Ukraynadan, Uels və Çexiyadan birinin pley-offda iştirak edəcəyi dəqiqləşəcək.

Ən maraqlı görüşlər isə G qrupunda keçiriləcək. Burada mundiala birbaşa vəsiqə qazana biləcək üç komanda var: Niderland, Türkiyə və Norveç. Qardaş Türkiyənin mundiala birbaşa vəsiqə qazanması üçün Monteneqroya qalib gəlməsi və Niderlandın Norveçə uduzması lazımdır. Ancaq bunun üçün Türkiyə Norveçlə top fərqindəki üstünlüyünü qoruması vacibdir. Belə olan halda Türkiyə 2002-ci ildən sonra dünya çempionatına vəsiqə qazanacaq və üçüncü dəfə mundial iştirakçısı olacaq.

DÇ-2022-nin seçmə mərhələsi

D qrupu

23:45 Finlandiya – Fransa

23:45 Bosniya və Herseqovina – Ukrayna

E qrupu

23:45 Uels – Belçika

23:45 Çexiya – Estoniya

G qrupu

23:45 Cəbəllüttariq – Latviya

23:45 Monteneqro – Türkiyə

23:45 Niderland – Norveç

Səbuhi Musayev

0.335205078125