Xavidən uğurlu debüt: “Barselona” qələbə qazandı - VİDEO

İspaniya La Liqasında 14-cü turun oyunları keçirilir.

"Barselona" öz meydanında "Espanyol"u qəbul edib. Görüş Kataloniya klubunun qələbəsi ilə başa çatıb - 1:0.

"Barselona" - "Espanyol" - 1:0

Qol: Depay, 48-pen.

Bu, "Barselona"nın yeni baş məşqçisi Xavi Ernandesin rəhbərliyi altında ilk oyunu və ilk qələbəsi olub.

Bu qələbə ilə xallarını 20-ə yüksəldən "Barselona" 6-cı pilləyə yüksəlib.Turnir cədvəlinə 28 xalla "Sevilya" başçılıq edir.

0.39021492004395