“Azərişığ”ın əməkdaşı Laçında minaya düşüb

“Azərişığ”ın əməkdaşı minaya düşərək xəsarət alıb.

“Report” xəbər verir ki, hadisə Laçın rayonunun Güləbird kəndi ərazisində qeydə alınıb.

Belə ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşüb.

Yaralının sağ ayağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

0.36275696754456