Super Liqa: “Trabzonspor”un məğlubiyyətsiz liderliyi davam edir - VİDEO

Türkiyə Super Liqasında XIII tura yekun vurulub.

Xeber-ps.com xəbər verir ki, lider “Trabzonspor” öz meydanında “Qaziantep”lə qarşılaşıb.

Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Maraqlıdır ki, bütün qollar ilk 45 dəqiqə ərzində vurulub.

“Qara dənizlilər”in heyətində Abdülkadir Ömür, Canini və Kornelius adını tabloya yazdırmağı bacarıb.

Qeyd edək ki, qalibiyyətlə liqadakı xallarının sayını 33-ə yüksəldən “Trabzonspor” turnir cədvəlindəki inamlı liderliyini davam etdirib.

Bu qələbə ilə “bordo-mavililər” Super Liqada ümumilikdə ardıcıl 25, bu mövsüm 13 oyunluq məğlubiyyətsizlik seriyasını davam etdirərkən, ardıcıl 6-cı matçda da meydandan 3 xalla ayrılıb.

0.43555808067322